Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib.

Bu barədə "Bizimyol.info"ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahan Bakı, Sumqayıt və Abşeronda təşkil olunub, saat 10:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.

İyunun 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 4 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Son xəbərlər
Bütün xəbərlər »