Bu gün Medianın İnkişafı Agentliyində maraqlı müzakirələr var idi.
"İnzibati Xətalar Məcəlləsinə, İnformasiya, informasiyalaşdırma və informasiynın mühafizəsi haqqında" qanuna, eləcə də "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ətrafında dövlət qurumlarının və media orqanları rəhbərlərinin fikir mübadiləsi keçirildi.
Bu ərəfədə layihə Milli Məclisin komitələrində müzakirə edilib. Parlamentin plenar iclasına çıxarılmazdan əvvəl layihə cəmiyyətin müzakirəsindən keçir.
Medianın İnkişafı Agentliyindəki çıxışlar və diskussiyalar da bu layihənin ən maraqlı və ətraflı ictimai müzakirəsi idi.
Agentliyin icraçı direktoru, tədbirin moderatoru Əhməd İsmayılov giriş özümdə bildirdi ki, uşaqları sosial şəbəkələrdəki zərərli məzmundan qorumaq üçün müəyyən məhdudlaşdırmalar qaçılmazdır.
Layihədə nəzərdə tutulur ki, 16 yaşdan aşağı yaşda uşaqlar sosial şəbəkələrdə hesab aça bilməz. 16-18 yaş aralığında olanlaraə isə qanuni təmsilçinin (valideynin, himayəyə götürənin və qəyyumun) icazəsi ilə hesab aça bilər.
Eyni zamanda sosial şəbəkə provayderlərinin üzərinə məsuliyyət qoyulur; onlar uşaqlarını zərərli informasiyalardan uzaq tutmaq üçün öz tənzimləmə mexanizmlərini qurmaldır. Öz filiallarını Azərbaycanda açmalıdırlar.
Bəs xarici şirkətlər olan sosial şəbəkə platformalarının provayderləri buna necə baxır?
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəşad Həsənov dedi ki, onlar (RİNN) həmin şirkətlərlə danışır: "Müəyyən çətinliklər olacağını desələr də, əməkdaşlığa hazır olduqlarını bildirirlər"
- Daha bir sual yarandı: bu dəyişiklklər sosial şəbəkələr üzərində total nəzarətə gətirib çıxarmayacaqmı?
Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə dedi ki, ümumiyyətlə, "total nəzarət" ifadəsindən istifadə edilməsi doğru deyil. Onun sözlərinə görə, qadağalar bütün sosial şəbəkə platformalarına deyil, müəyyən sayda - daha çox zərərli məzmun yayanlara tətbiq olunacaq. O əlavə edib ki, siyahı tutulacaq, təsdiqlənəcək və cəmiyyətə açıqlanacaq.
"Bəs bu qanunvericiliyin yerinə yetirilməsinə kim nəzarət edəcək?" sualına da Elmir Vəlizadə cavab verdi: " Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum".
Seyid Əhmədli, Bizimyol.info






