Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldəniz Cəfərov: “Limiti artırmaqdansa, əsassız cərimələrin sayı azaldılsın”
Eldəniz Cəfərov:  “Limiti artırmaqdansa, əsassız cərimələrin sayı azaldılsın”

Sürücülərə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən 20 ballıq limitə yenidən baxıla bilər. Bizimyol.info xəbər verir ki, bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib.

Son günlər sürücülərə tətbiq olunan cərimələr və cərimə balları geniş müzakirə olunur. Xüsusilə 20 ballıq limitin sürücülər üçün ciddi problem yaratdığı bildirilir.

Ekspertlərin fikrincə, indi qüvvədə olan limitə yenidən baxılması mümkündür. Eyni zamanda dayanma və durma ilə bağlı bal sistemi yenidən nəzərdən keçirilməlidir.

Bununla bağlı təkliflərin qanunvericilik müstəvisində müzakirəyə çıxarıldığı qeyd edilir.

  • Bu limitin dəyişdirilməsi nə dərəcədə məqsədəuyğundur?
  • Hansı dəyişikliklər sürücülər üçün daha ədalətli və yararlı ola bilər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu cərimələrin bir qismi əsassızdır: “Bu gün, çox təəssüf ki, sürücülərə ucdantutma cərimələr yazılır və araşdırmalarımız göstərir ki, bu cərimələrin bir qismi əsassızdır. Həmçinin bəzi cərimələrdə artıq cərimə balları da tətbiq olunur. Əvvəllər bu sistem yox idi. Məsələn, dayanma-durma qaydalarının pozulmasına görə indi 2 xal cərimə tətbiq olunur. Eyni zamanda avtobus zolağına daxil olarkən həm yüksək məbləğdə cərimə, həm də 2 xal cərimə balı tətbiq edilir. Belə olan halda sürücülərin 20 ballıq limiti il ərzində tez dolur və bu da müəyyən narazılıqlara səbəb olur. Ona görə cəmiyyət arasında belə bir fikir formalaşıb ki, əgər 20 ballıq limit bu qədər tez dolursa, limit artırılmalıdır”.

Eldəniz Cəfərov əlavə edib: “Ancaq mən alternativ təklif irəli sürürəm. Mən təklif edirəm ki, limiti artırmaqdansa əsassız cərimələrin sayı azaldılsın. Onsuz da əgər limit artırılsa – məsələn, 20 balı 25 və ya 30 bala qaldırsalar-sürücülər yenə də o qədər sürətlə cərimələnirlər ki, artırılmış limitin təsiri olmayacaq. Ona görə yaxşı olardı ki, cərimə sisteminə yenidən baxılsın. Həmçinin yüngül qayda pozuntularına görə cərimə balları tətbiq edilməsin. Məsələn, avtobus zolağına daxil olmağa görə müəyyən cərimə məbləği varsa, 2 xal cərimə balları tətbiq edilməsin. Dayanma-durma qaydalarının pozulmasına görə də 2 xal cərimə balları silinsin”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »