Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyalı işçilərə Papa Leo XIV-in səfəri zamanı məsafədən işləmək tövsiyə edildi
İspaniyalı işçilərə Papa Leo XIV-in səfəri zamanı məsafədən işləmək tövsiyə edildi

İspaniya hökuməti 6-12 iyun tarixlərində ölkəyə nəzərdə tutulmuş Papa Leo XIV-in səfəri zamanı işçilərin məsafədən işləməsini tövsiyə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyinin yaydığı press-relizdə bildirilib.

Nazirliyin məlumatına görə, “müvafiq hökumət nümayəndəliklərinə məsafədən işləmə tövsiyəsi göndərilib. Bu, Madriddə, Kataloniyada və Kanar adalarında Papa səfəri zamanı hərəkət məhdudiyyətlərinin işçilərə təsir göstərə biləcəyi ehtimalı ilə əlaqədardır”. Nazirlik qeyd edir ki, tövsiyənin məqsədi “işçilərin təhlükəsizliyini təmin etmək, lazımsız səfərləri azaltmaq və planlaşdırılan tədbirlər zamanı xidmət sektoru və iqtisadi fəaliyyətin normal işləməsini təmin etməkdir”.

Papa Leo XIV-in İspaniyaya səfəri zamanı təhlükəsizliyin təmin olunmasında 13 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edəcək.

İspaniyaya səfər etmiş son pontifik Benedikt XVI olub (1927-2022). O, 2011-ci ildə Madriddə keçirilmiş Ümumdünya Gənclər Günləri çərçivəsində ölkədə olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »