Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
31 may, 2026-cı il

İyunun 2-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə, ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq, Bakı Enerji Həftəsi çərçivəsində ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək.

Tədbirin məqsədi regional bağlantılar, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir.

Dialoq çərçivəsində ABŞ və Azərbaycan biznes icmalarının iştirakı ilə xüsusi sessiya təşkil olunacaq. Sessiya zamanı bir sıra əməkdaşlıq sənədlərinin və kommersiya müqavilələrinin imzalanması nəzərdə tutulur.

Son xəbərlər
Bütün xəbərlər »