ABŞ Prezidenti Donald Trump ölkənin 250 illik yubileyi münasibətilə Vaşinqtonda keçirilməsi planlaşdırılan bəzi konsert proqramlarını “Amerika geri döndü” adlı mitinqlə əvəz etməyi nəzərdən keçirdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, məlumata görə, ABŞ-ın 250 illiyinin qeyd olunması üçün yaradılmış "Freedom 250" qeyri-kommersiya təşkilatı tədbirlərdə çıxış edəcək sənətçilərin ilkin siyahısını açıqlayıb. Lakin siyahı dərc olunduqdan sonra bir çox tanınmış ifaçı tədbirdə iştirakdan imtina edib.
Tramp özünün "Truth Social" hesabında yazıb ki, sənətçilərin yerinə “dünyanın ən böyük ulduzu”nun çıxış etməsi ideyasını nəzərdən keçirir. O, nümayəndələrinə həmin vaxt və məkanda Vaşinqtonda “Amerika geri döndü” mitinqinin keçirilməsi imkanlarını araşdırmağı tapşırdığını bildirib.
ABŞ lideri əlavə edib ki, belə bir tədbir baş tutarsa, mühüm çıxış edəcək. Tramp həmçinin qeyd edib ki, çıxışlarında topladığı tamaşaçı sayı məşhur musiqiçi Elvis Presleynin şöhrətinin zirvəsində topladığı auditoriyadan daha çoxdur.
ABŞ-ın müstəqilliyinin 250 illiyi ilə bağlı tədbirlərin gələn il geniş şəkildə qeyd olunması planlaşdırılır.
Bizimyol.info






