İranın hava hücumundan müdafiə qüvvələri Keşm adası üzərində uçan pilotsuz uçuş aparatını vurub.
Bizimyol.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat verib.
"Dünən gecə ABŞ və İsrailə məxsus "Orbiter" tipli pilotsuz uçuş aparatı Keşm adası üzərində İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib", - deyə məlumatda qeyd edilir.
Bildirilib ki, "Orbiter 3" modelinin qanad açılması 3,6 metrdir, təxminən 7 saat havada qala bilir və 5,5 kiloqram faydalı yük tutumuna malikdir.
Bizimyol.info






