ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkilən xərclər 95,2 milyard dolları ötüb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" portalı məlumat verib.
Portalın hesablaması ABŞ Konqresinə martın 10-da təqdim olunan Pentaqon brifinqinə əsaslanır. Həmin brifinqdə bildirilirdi ki, Yaxın Şərqdə döyüş əməliyyatlarının ilk altı günü ərzində Vaşinqton 11,3 milyard dollar xərcləyib və münaqişənin davam etdiyi hər növbəti gün üçün əlavə 1 milyard dollar sərf etməyi planlaşdırıb.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Hücumlar zamanı Tehran da daxil olmaqla İranın ən böyük şəhərləri hədəfə alınıb. İran İnqilab Keşikçiləri Korpusu cavab olaraq genişmiqyaslı əməliyyata başladığını açıqlayaraq İsrailə zərbələr endirib.
Bununla yanaşı, ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də hücumlara məruz qalıb. İran hakimiyyəti həmçinin ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib.
Bizimyol.info






