Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Respublikaçılar Trampı İranla tələsik razılaşmadan çəkindirirlər
Respublikaçılar Trampı İranla tələsik razılaşmadan çəkindirirlər

ABŞ-da bəzi nüfuzlu respublikaçı qanunvericilər prezident Donald Tramp administrasiyasını İranla sülh razılaşmasına tələsik nail olmaqdan çəkindirirlər. Onlar Vaşinqton üçün əlverişsiz şərtlərlə müqavilənin bağlanacağından ehtiyat edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Məqalədə bildirilir ki, prezident Donald Trampın İranla sülh əldə etmək istəyi gözlənilməz müqavimətlə — Ağ evin sərfəli olmayan razılaşma bağlayacağından narahat olan respublikaçı “şahinlər”in təzyiqi ilə üzləşib.

Nəşrin vurğuladığına görə, aparıcı respublikaçılar xəbərdarlıq ediblər ki, İranla tələsik əldə ediləcək razılaşma Tehranın regionu təhdid etmək və Hörmüz boğazında kommersiya gəmiçiliyinə mane olmaq imkanlarını qoruyub saxlamasına səbəb ola bilər.

Respublikaçıların fikrincə, ən mübahisəli məsələlərdən biri İranın nüvə proqramının gələcəyidir. Buraya yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları, eləcə də boğazda sərbəst gəmiçiliyin təmin olunması daxildir.

Nəşrin yazdığına görə, bir neçə nüfuzlu respublikaçı administrasiyanı İranla danışıqlardan və ona təzyiq göstərmək cəhdlərindən imtina etməyə çağırır. Onların arasında Senatın Silahlı Qüvvələr Komitəsinin sədri, Missisipi ştatından senator Rocer Uiker də var. O, daha əvvəl İrana qarşı bombardmanların yenidən başlanmasına çağırış etmişdi. Şimali Karolina ştatından senator Tom Tillis isə bildirib ki, administrasiya İranla mümkün razılaşmalar barədə “çox məsələyə aydınlıq gətirməlidir”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »