Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ dövlət katibi 26 mayda İrəvana səfər edəcək
ABŞ dövlət katibi 26 mayda İrəvana səfər edəcək

Marco Rubio 26 mayda Yerevan şəhərinə səfər edəcək və orada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində nazir Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marco Rubio arasında görüş baş tutacaq və görüşdən sonra tərəflər mətbuat üçün bəyanatla çıxış edəcəklər.

Həmçinin bildirilir ki, səfər zamanı ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »