Finlandiya Prezidenti Aleksander Stubb bildirib ki, ölkə hələlik Rusiya ilə sərhədi açmağa hazır deyil.
Bizimyol.info xəbər verir ki, o, bu mövqeyini "Yle Radio Suomi"yə verdiyi müsahibədə əsaslandıraraq, Rusiyanın miqrant və qaçqınları Finlandiyaya qarşı “alət” kimi istifadə edə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edib. Bununla belə, Finlandiya prezidenti Moskvanın belə bir addımı atdığına dair heç bir konkret nümunə göstərməyib.
Prezidentin bu açıqlaması jurnalistin Estoniyada Rusiya ilə sərhəddə fəaliyyət göstərən üç keçid məntəqəsinə baxmayaraq, miqrant axınının müşahidə olunmaması barədə qeydinə cavab olaraq səsləndirilib.
Bizimyol.info






