Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub
Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Azərbaycanın İranın Təbriz şəhərindəki baş konsulluğunun konsulu  yol qəzasında həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial media səhifəsində məlumat verilib.

Məlumatda:

“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarıa və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Allah rəhmət eləsin!”, - deyə qeyd edilib.

Son xəbərlər
Bütün xəbərlər »