Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anar Quliyev: “WUF13 institusional inkişaf və dayanıqlı şəhərsalma baxımından mühüm nəticələr verdi”
Anar Quliyev: “WUF13 institusional inkişaf və dayanıqlı şəhərsalma baxımından mühüm nəticələr verdi”

Anar Quliyev bildirib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təqdim olunan Dünya Şəhər Mükafatı urbanizasiya və dayanıqlı inkişaf sahəsində mühüm təşəbbüslərin təşviqinə xidmət edir.

Onun sözlərinə görə, bu mükafat Ümumdünya Şəhərsalma Forumu tərəfindən təqdim edilən ilk beynəlxalq mükafat olmaqla təcrübə, bilik və siyasət arasında körpü rolunu oynayır. Mükafat innovasiya, infrastruktur, beynəlxalq əməkdaşlıq, dayanıqlı şəhər inkişafı və inklüziv mənzil siyasətinin təşviqinə yönəlib.

Anar Quliyev qeyd edib ki, forum çərçivəsində qlobal standartlara uyğun regional yanaşmaların formalaşdırılması və beynəlxalq təcrübələrin tətbiqi istiqamətində mühüm addımlar atılıb.

Komitə sədri həmçinin vurğulayıb ki, Azərbaycanda beynəlxalq tədbirlərin təşkili zamanı dayanıqlılıq prinsiplərinin tətbiqi üzrə ISO 20121 standartının milli səviyyədə tətbiqi də mühüm nailiyyətlərdən biridir.

“Bu nəticələr yalnız forumun uğurla təşkil olunmasını deyil, eyni zamanda uzunmüddətli institusional inkişafı da əks etdirir”, – deyə Anar Quliyev əlavə edib.

O bildirib ki, WUF13 inklüziv yanaşma əsasında təşkil olunub və vətəndaş cəmiyyətinin iştirakçılığı forumun əsas prioritetlərindən biri olub.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »