Anar Quliyev bildirib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində aparılan geniş fikir mübadiləsi və irəli sürülən praktiki tövsiyələr gələcək müzakirələr və əməkdaşlıq üçün mühüm əsas yaradacaq.
Onun sözlərinə görə, forum urbanizasiya, dayanıqlı şəhərsalma, bərpa və davamlılıq istiqamətlərində beynəlxalq təşəbbüslərin inkişafına əlavə təkan verib.
Anar Quliyev qeyd edib ki, tədbir çərçivəsində BMT sistemi və beynəlxalq tərəfdaşlarla birgə şəhər planlaşdırılması, dayanıqlı inkişaf və icmaların dayanıqlığının artırılması ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Komitə sədri vurğulayıb ki, forumun nəticələri gələcəkdə təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin qurulması istiqamətində yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcək.
Leyla Mirzə, Bizimyol.info






