Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada hesab edirlər ki, ABŞ-Çin görüşündə üstün tərəf Si Cinpinq olub
Yaponiyada hesab edirlər ki, ABŞ-Çin görüşündə üstün tərəf Si Cinpinq olub

Yaponiyanın ictimai televiziyasının analitikləri ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpinq arasında keçirilən görüşdə üstünlüyün Çin tərəfinin xeyrinə olduğunu düşünürlər.

Bizimyol.info xəbər verir ki, Telekanalın beynəlxalq xəbərlər redaksiyasının əməkdaşı, həm ABŞ-da, həm də Çində iş təcrübəsi olan Tomoyoşi Komiyanın sözlərinə görə, sammiti birmənalı qiymətləndirmək çətin olsa da, “xallar üzrə qalib Si Cinpinq təsiri bağışlayır”.

Ekspert qeyd edib ki, hər iki tərəf iqtisadi artımın zəifləməsi fonunda münasibətləri sabitləşdirməyə çalışırdı. Onun fikrincə, sammitin əsas mövzularından biri Tayvan məsələsi olub.

“Çinin, o cümlədən İran məsələsində nümayiş etdirdiyi mövqe Pekinin beynəlxalq arenadakı gücünü göstərdi və bu da tərəzinin gözünü müəyyən qədər onun xeyrinə dəyişdi”, — deyə Komiya bildirib.

Yaponiyalı ekspert hesab edir ki, Çin tədricən Tayvan məsələsinin Pekin və Vaşinqton arasında danışıqlar formatında həll olunacağı bir sistem qurmağa çalışır. Onun sözlərinə görə, Pekinin əsas məqsədi ABŞ-ın Tayvan məsələsində iştirakını minimuma endirməkdir.

İqtisadi danışıqlara toxunan Komiya bildirib ki, Çinin ABŞ-ın "Boeing" şirkətindən 200 təyyarə sifariş etməsi Pekinin Trampa etdiyi “jest” kimi qiymətləndirilə bilər.

“Çin bu addımdan Tayvan məsələsində ABŞ prezidentindən müəyyən açıqlamalar almaq üçün rıçaq kimi istifadə etməyə çalışırdı. Lakin hadisələr Pekinin istədiyi istiqamətdə inkişaf etmədi. İqtisadi sahədə isə tərəflər ümumilikdə sabit münasibətlər qurmağa hazır olduqlarını nümayiş etdirdilər. Buna görə də bu sahədə nəticəni heç-heçə saymaq olar”, — deyə o vurğulayıb.

ABŞ prezidenti Donald Tramp mayın 13-dən 15-dək Çində rəsmi səfərdə olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »