Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran müharibə bitdikdən sonra bütün gəmilərin Hörmüz Boğazından təhlükəsiz keçidini təmin edəcək
İran müharibə bitdikdən sonra bütün gəmilərin Hörmüz Boğazından təhlükəsiz keçidini təmin edəcək

İran hakimiyyəti ABŞ-la müharibə bitdikdən sonra bütün ticarət gəmilərinin Hörmüz Boğazından təhlükəsiz keçidini təmin etməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər naziri Abbas Əraqçi bildirib.

“Problem yalnız ABŞ-ın İrana qarşı aqressiv hərbi əməliyyatlarını tam dayandırması ilə həll oluna bilər. Bundan sonra hər bir gəmi üçün təhlükəsiz keçidi təmin edəcəyik”, – deyə o, Hindistanın "Doordarshan" telekanalına açıqlamasında söyləyib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Hədəfdə İranın ən böyük şəhərləri, o cümlədən Tehran olub. İran İnqilab Keşikçiləri Korpusunun bildirdiyinə görə, İsrailə qarşı genişmiqyaslı əks-hücum həyata keçirilib. ABŞ-ın hərbi obyektləri də Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında zərbələrə məruz qalıb. İran hakimiyyəti həmçinin ABŞ, İsrail və İrana qarşı aqressiyanı dəstəkləyən ölkələrin gəmilərinə Hörmüz Boğazını bağlamaq qərarına gəlib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »