ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərini başa vuraraq xüsusi reyslə ABŞ-a yola düşüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Ağ Ev rəhbərinin Çinə səfəri üç gün davam edib və bu müddət ərzində Trampın sıx qrafiki olub. Səfər çərçivəsində o, Çin Prezidenti Si Cinpinqlə həm geniş, həm də məhdud tərkibdə görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında aktual məsələlər və beynəlxalq gündəmin mövzuları, o cümlədən Ukrayna böhranı və ABŞ-İran qarşıdurması müzakirə edilib.
ABŞ Prezidenti qeyd edib ki, İran məsələsində Vaşinqton və Pekin arasında mövqelər xeyli üst-üstə düşür – həm Tramp, həm də Si Cinpinq silahlı qarşıdurmanın sona çatmasını istəyir. Tramp əlavə edib ki, Çin və ABŞ "möhtəşəm ticarət müqavilələri" imzalayıb. Bundan əlavə, ÇXR “milyardlarla dollar” dəyərində investisiya ilə ABŞ şirkətlərinə sərmayə qoyur və 200 "Boeing" təyyarəsi sifariş etməyi planlaşdırır.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bu səfər iki ölkə liderləri arasında etimadın möhkəmlənməsinə töhfə verib.
Bizimyol.info






