Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ 2038-ci ilə qədər strateji "B-52" bombardmançılarının modernizasiyasını tamamlayacaq
ABŞ 2038-ci ilə qədər strateji "B-52" bombardmançılarının modernizasiyasını tamamlayacaq

ABŞ Silahlı Qüvvələri 2038-ci ilə qədər "Boeing B-52 Stratofortress" strateji bombardmançılarının modernizasiya proqramını başa çatdırmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsindəki dinləmələr zamanı ABŞ Hərbi Hava Qüvvələrinin baş qərargah müavini Devid Teybor giriş nitqində bildirib.

“Biz qısa və uzunmüddətli döyüş hazırlığını təmin etməyə hələ də ən yüksək önəm veririk və "B-52" proqramı üçün 2038-ci ilə qədər 76 təyyarənin xidmət və modernizasiyası üçün maliyyə vəsaiti tələb edirik”, – deyə Hərbi Hava Qüvvələrinin baş qərargah müavini qeyd edib.

"B-52" ABŞ Hərbi Hava Qüvvələrinin ən qədim bombardmançısıdır və 1955-ci ildən istifadə olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »