Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron: Avropa Afrika ölkələrinə qarşı “yırtıcı” davranmır
Makron: Avropa Afrika ölkələrinə qarşı “yırtıcı” davranmır

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Avropa ölkələri Afrikaya qarşı yırtıcı siyasət yürütmür və digər dövlətlərdən fərqli olaraq afrikalılarla tərəfdaşlıq münasibətləri qurmağa çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə Makron "Jeune Afrique" jurnalına müsahibəsində bildirib.

“Paradoks ondadır ki, avropalılar bu əsrin yırtıcıları deyillər. Biz innovasiyaları tətbiq etməyi, hərbi məhsul və texnika istehsal etməyi bacarırıq. Lakin kritik mineral və nadir torpaq elementlərinə ehtiyacımız var, Afrikanın isə onları öz ölkəsində çıxarıb emal etmək imkanı olmalıdır,” – deyə Nairobidə keçirilən “Afrika İrəli” sammiti ilə bağlı danışarkan qeyd edib.

Makronun sözlərinə görə, Avropa “beynəlxalq qaydaları, çoxistiqamətli təsirli yanaşmanı, qanunun aliliyini və açıq ticarəti qoruyur”. Eyni zamanda, ABŞ və Çin, Makronun fikrincə, “ticarət qarşıdurması məntiqi ilə hərəkət edir”. Onun qiymətləndirməsinə görə, Çin “yırtıcı məntiq üzrə fəaliyyət göstərir”, çünki resursları öz ölkəsində emal edir, “əlavə dəyər yaradır və lisenziyalaşdırma sistemi vasitəsilə digər ölkələri ondan asılı vəziyyətə salır”.

Fransa prezidenti vurğulayıb ki, Afrikanın da Avropa kimi “avtonomiya strategiyası”na əməl etməsi vacibdir ki, “heç bir yeni imperiyadan asılı qalmasın”.

“Afrika İrəli” (Africa Forward) sammiti 11–12 may tarixlərində Fransa və Keniya tərəfindən Nairobidə birgə təşkil olunub. Sammitdə bir sıra afrikalı ölkələrin liderləri, beynəlxalq maliyyə institutları, Afrika İttifaqı və Avropa İttifaqının nümayəndələri, həmçinin investorlar, sahibkarlar və vətəndaş cəmiyyəti iştirak edir. Tədbir zamanı süni intellekt, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, səhiyyə, ekoloji keçid, eləcə də beynəlxalq maliyyə sisteminin islahatı müzakirə olunacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »