Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya müdafiə naziri Kiyevə səfər edib
Almaniya müdafiə naziri Kiyevə səfər edib

Almaniyanın müdafiə naziri Boris Pistorius 11 may, bazar ertəsi günü Kiyevə səfər edərək Ukrayna rəhbərliyi ilə danışıqlara başlayıb. Görüşlərin əsas mövzusu iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "n-tv" məlumat yayıb.

Səfər təhlükəsizlik səbəblərinə görə əvvəlcədən elan edilməyib.

Pistorius səfərin əvvəlində bildirib ki, yeni layihələr çərçivəsində əsas diqqət bütün məsafələri əhatə edən müasir pilotsuz uçuş aparatlarının (dronların) birgə hazırlanmasına yönəldiləcək.

Almaniya müdafiə naziri daha əvvəl də vurğulamışdı ki, Almaniya Ukraynaya göstərdiyi hərbi dəstəkdən birbaşa fayda əldə edir. Onun sözlərinə görə, Ukraynanın müharibə şəraiti və döyüş təcrübəsi müdafiə sahəsində yeni innovasiyaların yaranmasına ciddi təkan verir.

Nazir həmçinin qeyd edib ki, Ukraynada hazırlanmış bəzi texnologiyalar artıq beynəlxalq bazarda maraq doğurur və NATO ilə Avropa İttifaqı üzvləri tərəfindən yaxından izlənilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »