Rusiya, Vladimir Zelenskinin 9 May bayramında Moskvaya zərbə endirmək təhdidini Kiyev rejiminin terror aktı həyata keçirmək niyyəti kimi qiymətləndirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Zelenskinin Moskvaya, paradına, 9 May bayramına, veteranlara və qonaqlara açıq hücum təhdidini biz terror aktı həyata keçirmək niyyəti kimi dəyərləndiririk. Biz bunu birbaşa bildirdik və necə hərəkət edəcəyimizi açıqladıq. Bütün dünya ictimaiyyətinə səmimi şəkildə bildirdik və müvafiq notanı bütün mümkün diplomatik kanallarla göndərdik", - deyə o qeyd edib.
Bizimyol.info






