Fevral ayından bəri ABŞ İranla münaqişə fonunda Yaxın Şərqdəki bazalardakı qoşun kontingentini təxminən 10.000 əsgər artıraraq 50.000-ə çatdırıb.
Bizimyol.info xəbər verir ki, "The New York Times" (NYT) bu barədə mənbələrə istinadən məlumat verib.
Qəzetin məlumatına görə, ABŞ-ın İran əleyhinə hərbi əməliyyata başlamazdan əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qatar, Küveyt və Bəhreyndəki bazalarda təxminən 40 min amerikalı hərbçi yerləşdirilmişdi. Hazırda regionda ABŞ-ın hərbçilərinin sayı 50 min nəfəri ötüb.
Qəzet qeyd edir ki, Yaxın Şərqdəki bütün kontingent tam döyüş hazırlığı vəziyyətindədir. Eyni zamanda, Ağ Ev İranla qarşıdakı döyüş əməliyyatlarını bərpa etməyə hazır olub-olmaması barədə ziddiyyətli fikirlər səsləndirməyə davam edir.
Qadir, Bizimyol.info






