Çin rəsmiləri ABŞ-da Venesuela lideri Nikolas Maduro və onun həyat yoldaşının zorla saxlanmasına qəti etirazlarını bildiriblər.
Bizimyol.info xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lin Czyan brifinqdə açıqlama verib.
“Dörd ay əvvəl ABŞ Venesuelaya hərbi zərbə endirdi və prezident Maduro ilə həyat yoldaşını zorla saxlayır. Belə hegemonik hərəkətlər beynəlxalq hüququ kobud şəkildə pozur, Venesuelanın suverenliyini əngəlləyir və Latın Amerikası ilə Karib hövzəsində sülh və sabitliyə təhdid yaradır”, - deyə o qeyd edib.
Çin diplomatı əlavə edib ki, Pekin “bu vəziyyətə qəti etiraz edir” və ölkə Venesuelanın suverenliyini, milli şərəfini və qanuni hüquqlarını qorumaq səylərini dəstəkləməyə davam edəcək.
Xatırladaq ki, yanvarın 3-də Venesuela XİN başçısı İvan Hil Pinto ABŞ-ın Karakasdakı mülki və hərbi obyektlərə hücum etdiyini və hərbi aqressiya aktı törətdiyini bildirib. Ölkədə fövqəladə vəziyyət elan olunub. ABŞ prezidenti Donald Trump isə daha sonra bu zərbələrin təsdiqləyərək, Nikolas Maduro və həyat yoldaşının ABŞ-a gətirildiyini və Nyu-Yorkdakı təcridxanaya yerləşdirildiyini açıqlayıb.
Bizimyol.info






