Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “NATO böyük münaqişədə ABŞ-ı müdafiə etməyəcək”
Tramp: “NATO böyük münaqişədə ABŞ-ı müdafiə etməyəcək”

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun fikrincə, əgər ABŞ böyük hərbi münaqişə baş verərsə, NATO Vaşinqtona dəstək göstərməyəcək.

Bizimyol.info xəbər verir ki, Tramp bu barədə "Salem News" telekanalına verdiyi müsahibədə bildirib.

“Əgər biz böyük bir münaqişəyə, hətta daha genişmiqyaslı münaqişəyə qarışmalı olsaq, mən düşünmürəm ki, NATO bizimlə olacaq”, - deyə qeyd edib.

Özünün yaxınlaşan Çin səfərinə də toxunan prezident qeyd edib ki, Pekinlə yaxşı münasibətləri qorumağa üstünlük verir: “Bizim çox güclü əlaqələrimiz var və mən hesab edirəm ki, Çinlə müharibə etməkdənsə, yaxşı münasibətdə olmaq daha yaxşıdır. Onlar da eyni fikirdədirlər”, – deyə Tramp vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »