İsraildə bir sıra şəhərlərdə hökumət əleyhinə etiraz aksiyaları başlayıb. Demonstrantlar ölkə baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi kabinetin siyasətinə etiraz edirlər.
Bizimyol.info xəbər verir ki, "Haaretz" qəzetinin məlumatına görə, aksiyalar Yerusəlim, Tel-Əviv və Hayfada keçirilir. Aksiya iştirakçıları xüsusilə 7 oktyabr 2023-cü ildə Qəzza sektorundan HƏMAS silahlı radikallarının İsrailə hücumunun səbəblərini araşdırmaq üçün dövlət komissiyasının yaradılmasını tələb edirlər. Tel-Əvivdə aksiya “Mübarizə Təşkilatları Forumu” – bir neçə etiraz hərəkatının yeni birləşməsi və “Oktyabr Şurası” – HƏMAS hücumu zamanı həyatını itirmiş insanların ailələrini birləşdirən forum tərəfindən təşkil olunub, xəbər qeyd edir.
7 oktyabr 2023-cü ildə Qəzzadan HƏMAS tərəfdarları İsrailə hücum etmişdi. Hücum zamanı sərhəd kəndlərinin sakinləri öldürülmüş və 250 nəfər girov götürülmüşdü. İsrail isə buna cavab olaraq, HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və bütün girovları azad etmək məqsədilə Qəzza bölgəsində əməliyyatlara başlamışdı.
Bizimyol.info






