Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: İrana qarşı müharibə üçün Konqresin razılığına ehtiyac yoxdur
Tramp: İrana qarşı müharibə üçün Konqresin razılığına ehtiyac yoxdur

ABŞ prezidenti Donald Trump bildirib ki, İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün Konqresin rəsmi razılığına ehtiyac duymur. Onun sözlərinə görə, tarixi presedentlər və mövcud məhdudiyyətlərin konstitusiyaya uyğun olmaması ona qanunverici orqanın müəyyən etdiyi müddətləri nəzərə almamağa imkan verir.

Bizimyol.info xəbər verir ki, b barədə BBC məlumat yayıb.

Tramp vurğulayıb ki, əvvəlki ABŞ prezidentlərinin təcrübəsinə əsaslanaraq, o da əməliyyatları davam etdirmək üçün Kapitolinin sanksiyasına ehtiyac görmür. O qeyd edib ki, qanunvericiliklə nəzərdə tutulan 60 günlük müddət başa çatsa da, bir çox prezidentlər bu məhdudiyyətə əməl etməyib.

Məsələ hüquqi baxımdan mürəkkəb olaraq qalır. 1973-cü ildə Richard Nixon dövründə qəbul edilən “Hərbi səlahiyyətlər haqqında” qətnaməyə görə, prezident Konqresə məlumat verdikdən 60 gün sonra, əgər qanunvericilər əməliyyatların davamına səs verməsə, ABŞ Silahlı Qüvvələrinin istifadəsini dayandırmalıdır. Bu müddət fevralın 28-də Konqresin İrana zərbələr barədə məlumatlandırılmasından sonra başa çatmış hesab olunur. Lakin Tramp və müdafiə naziri Pit Hegset bildirirlər ki, qüvvədə olan atəşkəs səbəbindən bu müddətin hesablanması dayandırılıb.

ABŞ tarixində bu məsələ ilə bağlı fərqli yanaşmalar olub. Ronald Reagan 1983-cü ildə Livana qoşun göndərilməsi üçün razılıq almış, ata Corc Buş 1991-ci ildə “Səhrada fırtına” əməliyyatı öncəsi Konqresin dəstəyini qazanmışdı. oğul Corc Buş isə Əfqanıstan və İraqdakı əməliyyatları Konqresin icazəsi ilə həyata keçirmişdi. Bununla yanaşı, Bill Clinton 1999-cu ildə Kosovoya qarşı bombardmanları Konqresin razılığı olmadan aparmış, Barack Obama isə 2011-ci ildə Liviyadakı əməliyyatları “döyüş əməliyyatı” saymayaraq uzun müddət davam etdirmişdi.

Ekspertlər isə Trampın mövqeyini tənqid edirlər. Politoloq Devid Şults bildirib ki, digər prezidentlərin qanuna əməl etməməsi Trampın addımlarını legitim etmir. Onun sözlərinə görə, prezident ölkəni qanunverici hakimiyyətin dəstəyi olmadan hərbi münaqişəyə cəlb edib.

Tramp isə cavab olaraq qeyd edib ki, İrana endirilən zərbələr əvvəlki uzunmüddətli müharibələrlə müqayisədə qısamüddətli olub. Bununla belə, Hörmüz boğazı və İranın nüvə proqramı ətrafında gərginlik fonunda Ağ evin gələcək strategiyası hələ də qeyri-müəyyən olaraq qalır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »