Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran: Danışıqlardan imtina etməmişik, lakin təzyiqi qəbul etmirik
İran: Danışıqlardan imtina etməmişik, lakin təzyiqi qəbul etmirik

İran heç vaxt danışıqlardan imtina etməyib, lakin bu proses məntiq və rasional yanaşma əsasında aparılmalıdır, hər hansı təzyiq isə qəbuledilməzdir.

Bizimyol.info xəbər verir ki, bu fikri ölkənin məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhseni-Eceyi səsləndirib.

“İran İslam Respublikası heç vaxt danışıqlar masasını tərk etməyib. Biz həmişə danışıqları dəstəkləmişik, lakin bu danışıqlar məntiqə əsaslanmalıdır. Biz təzyiqi və diktəni qəbul etmirik”, – deyə o bildirib.

Onun sözlərinə görə, “aqressiya və təhdidlər vasitəsilə məqsədlərinə çata bilməyən düşmən, danışıqlar masasında da öz şərtlərini qəbul etdirə bilməz”.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə nəticəsində 3 375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər ziddiyyətlər səbəbindən uzunmüddətli razılığa gələ bilməyiblər. Aprelin 21-də Tramp atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyası isə bildirib ki, Tehran ABŞ-ın birtərəfli qaydada elan etdiyi bu qərarı tanımır və öz maraqlarına uyğun hərəkət edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »