Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Trampın Almaniyadan qoşun çıxarmaq fikrinə təəccübləndi
Pentaqon Trampın Almaniyadan qoşun çıxarmaq fikrinə təəccübləndi

ABŞ Prezidenti Donald Trampın Almaniyadan bəzi qoşunların çıxarılması ilə bağlı açıqlaması Pentaqonu ciddi təccübləndirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya rəsmisi "Politico" qəzetinə bildirib.

Trampın sözləri “hərbi dairələri təəccübləndirib” və hazırda hərbçilər prezidentin açıqlamasının nə dərəcədə ciddi olduğunu araşdırırlar. ABŞ-ın hərbi dairələrinin üç nümayəndəsi qəzetə bildirib ki, indi söhbət “Almaniyadan yüzlərlə, bəlkə də minlərlə hərbçinin çıxarılmasına yönəlmiş potensial yeni addımlardan” gedir.

ABŞ Konqresinin işçilərindən biri qeyd edib ki, Pentaqon bu addımı gözləmirdi və Almaniyadakı kontingentin ixtisarını planlaşdırmamışdı. Lakin, Trampın bu məsələyə ciddi yanaşdığını nəzərə almaq lazım gəlir, çünki o, prezidentlikdə ilk dövründə (2017–2021) belə bir addımı reallaşdırmışdı – 2020-ci ildə ABŞ Almaniyadan 11,9 min hərbçini çıxarmışdı.

ABŞ Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell isə bildirib ki, Pentaqon bütün mümkün ssenarilərə hazırlıq görür. “Biz Ali Baş Komandanın əmrlərini istənilən vaxt və istənilən yerdə yerinə yetirməyə tam hazırıq,” – deyə Parnell əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »