Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftçi” tilsimi qırdı: “Sabah”ın çempionluğu rəsmiləşdi
“Neftçi” tilsimi qırdı: “Sabah”ın çempionluğu rəsmiləşdi

“Neftçi” üç gün əvvəl “Qarabağ”a böyük hesabla uduzanda Bakı klubunun azarkeşləri bədbinliyə qapılmışdı. Sosial şəbəkələrdəki rəylər belə deməyə əsas verirdi. “Neftçi” rəqibi qarşısında aciz görünmüşdü. Beləcə, paytaxt təmsilçisi Ağdam komandası ilə son 21 oyundakı 20-ci məğlubiyyətini almışdı.

Bizimyol.info xəbər verir ki, “Neftçi” tilsimi qırmağı bacarıb. Yuri Vernidubun komandası təxirə salınmış görüşdə əzəli rəqibini 2:1 hesabı ilə məğlub edib. Bakı klubunun qələbəsi həm də “Sabah”ın çempionluğunu rəsmiləşdirib. Liderlə “Qarabağ” arasındakı 13 xal fərq azalmayıb. Bu isə son 4 turda fərqi aradan qaldırmağın mümkünsüzlüyünü göstərir.

“Neftçi” qələbə sayəsində xalını 47-yə çatdırıb və “Zirə”ni geridə qoyub. Beşinci pilləyə düşən qəsəbə təmsilçisi çempionatı ilk “dördlük”də bitirməsə, yalnız ölkə kubokunun ümidinə qalır. Orada isə “Sabah”dan üstün olmaq asan deyil.

“Sabah” tarixində ilk dəfə ölkə çempionu adını qazandı. “Qarabağ” qızıl medalsız qaldı. Amma indi “gümüş”dən də məhrum olmaq mümkün görünür. Bu isə həm də Avropa Liqasından kənarda qalmaq anlamına gəlir. İş orasındadır ki, “Zirə” ölkə kubokunun qalibi olsa, “Qarabağ” yalnız Konfrans Liqası ilə kifayətlənməli olacaq.

Əsas mübarizə dördüncü yer uğrunda “Neftçi” və “Zirə” arasında gedəcək.

“Flaqman”ın qalan turlarda bir çətin oyunu var. Mayın 16-da Masazırda “Sabah”a ın azı uduzmamaq lazımdır. Eyni çətinlik “Zirə”ni də gözləyir. Ümumilikdə mayın 13-də vəziyyət bir çox suallara aydınlıq gələcək. Həmin gün ölkə kubokunun finalında hansı tərəfin qalib gəlməsindən çox şey asılıdır. Bütün hallarda bizi çox maraqlı oyunlar gözləyir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »