Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Prezidenti Donald Tramp: "Böyük Britaniya kralı III Çarlz İranın İranın nüvə silahına sahib olmasına qarşı mövqeyimizi dəstəkləyir"
ABŞ Prezidenti Donald Tramp: "Böyük Britaniya kralı III Çarlz İranın İranın nüvə silahına sahib olmasına qarşı mövqeyimizi dəstəkləyir"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniya kralı III Çarlz ABŞ-ın İranın nüvə silahına sahib olmasına qarşı mövqeyini dəstəkləyir.

Bizimyol.info xəbər verir ki, bu açıqlama Britaniya monarxının ABŞ-a dövlət səfəri zamanı verilib.

Trampın sözlərinə görə, tərəflər İranın nüvə bombası əldə etməsinə imkan verilməməsi məsələsində eyni fikirdədir. O, bu mövzunun beynəlxalq təhlükəsizlik üçün əsas məsələlərdən biri olduğunu və ciddi nəzarət tələb etdiyini vurğulayıb.

İranın nüvə proqramı Qərb və Tehran arasında gərginliyin əsas səbəblərindən biri olaraq qalır. ABŞ bundan əvvəl də İranın nüvə silahı əldə etməsinin qarşısının alınacağını və Tehrana təzyiqin davam etdiriləcəyini bəyan edib.

Kral III Çarlzın ABŞ səfəri London–Vaşinqton münasibətlərinin yaxınlığını göstərən mühüm diplomatik hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində təhlükəsizliklə yanaşı iqtisadi əməkdaşlıq və qlobal böhranlar da müzakirə olunur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »