Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev Uitkoff və Kuşnerin Pakistana səfər edəcəyini təsdiqləyib
Ağ Ev Uitkoff və Kuşnerin Pakistana səfər edəcəyini təsdiqləyib

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner İran tərəfi ilə danışıqlar aparmaq üçün şənbə günü İslamabada uçacaqlar.

"Report" xəbər verir ki, bu barədə cümə günü Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Levitt mətbuat nümayəndələri ilə söhbəti zamanı bildirib.

"Uitkoff və Cared iranlıların mövqeyini dinləmək üçün sabah Pakistana yola düşəcəklər", - o bildirib.

Onun sözlərinə görə, Ağ Evdə bu görüşün müsbət irəliləyişlərə səbəb olacağına ümid edirlər.

Son xəbərlər
Bütün xəbərlər »