ABŞ Silahlı Qüvvələri İranın dəniz blokadası başlayandan bəri İran limanlarına doğru hərəkət edən və ya ölkə sahillərindən ayrılmağa çalışan 31 gəmini istiqamətini dəyişməyə məcbur edib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“ABŞ Silahlı Qüvvələri İran əleyhinə blokada çərçivəsində 31 gəmiyə geri dönmək və ya limana qayıtmaq əmri verib”, - deyə Mərkəzi Komandanlığın "X" sosial şəbəkəsində yaydığı bəyanatda qeyd edilib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edildiyini açıqlayıb. İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə ərzində ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub.
Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsalar da, tərəflər bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.
Aprelin 21-də ABŞ prezidenti atəşkəs rejimini uzatmaq niyyətində olduğunu bildirib. İran dövlət televiziyasının məlumatına görə isə Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani aprelin 22-də bildirib ki, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz blokadasını aradan qaldıracağı təqdirdə, Pakistan ərazisində aparılan danışıqların bərpası mümkündür.
Qadir, Bizimyol.info






