ABŞ İraqa dollar banknotlarının çatdırılmasını dayandırıb və Bağdada təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarını dondurub. Bu addımlar İraq hakimiyyətinə təzyiq göstərmək və yerli İranı dəstəkləyən hərbi dəstələri dağıtmağa məcbur etmək məqsədini daşıyır.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat verib.
Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi İraq neft satışından əldə olunan gəlirlərdən təxminən 500 milyon dolları Nyu-York Federal Ehtiyat Bankındakı hesablarından blok edib. Qeyd olunur ki, ABŞ-ın İran əleyhinə hərbi əməliyyatlarının başlanmasından bəri bu İraqa nağd göndərilən pulların dayandırıldığı ikinci partiyadır.
"The Wall Street Journal" bildirir ki, ABŞ həmçinin İraq ordusu və terrorla mübarizə bölmələrinin təlim proqramlarının maliyyələşməsini dondurub. Bu addımlar Vaşinqtonun Bağdada təzyiqi artırmaq və İraq-İran əlaqələrini zəiflətmək niyyətini göstərir.
Qəzet xatırladır ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra İraq neft satışından əldə olunan vəsaitlər Nyu-York Federal Ehtiyat Bankında saxlanılır. 2015-ci ildə ABŞ İraqla nağd pul köçürmələrini müvəqqəti dayandırmışdı, çünki bir hissəsinin “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının əlinə keçdiyi şübhəsi var idi.
Qadir, Bizimyol.info






