Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib ki, cümə günü İttifaq Kiyev üçün 2026–2027-ci illərdə nəzərdə tutulan 90 milyard avroluq maliyyələşdirmə ilə bağlı vacib qərarlar qəbul edəcək. Bu maliyyələşdirmə hazırda Macarıstan və Slovakiya tərəfindən bloklanıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Kallas Lüksemburqda Avropa İttifaqı Xarici İşlər Nazirləri görüşünə gələrkən bildirib.
“Ukraynaya ayrılacaq 90 milyard avro ilə bağlı vacib qərarları çərşənbə günü qəbul edəcəyik”, – deyə o qeyd edib.
Əvvəllər Macarıstanın baş naziri Viktor Orban seçkilərdə məğlub olmasına baxmayaraq, Budapeştin mövqeyinin dəyişmədiyini açıqlamışdı: Macarıstan “Drujba” neft kəməri vasitəsilə Rusiya nefti almağa başlamayana qədər 90 milyard avro blokdan çıxarılmayacaq.
Avropa Komissiyasının nümayəndəsi Olof Cill isə Brüsseldə keçirdiyi brifinqdə Ukrayna tərəfindən 27 yanvarda dayandırılan neft kəmərinin fəaliyyətinin bazar ertəsi başlayıb-başlamayacağını təsdiqləyə bilməyib.
Bizimyol.info






