Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya “Rusiya kölgə donanması”na aid tankerləri saxlamayıb
Britaniya “Rusiya kölgə donanması”na aid tankerləri saxlamayıb

Böyük Britaniya sanksiyaya məruz qalan rus tankerini dənizdə saxlamayıb, baxmayaraq ki, hökumət “kölgə donanma”nı təqib edəcəyini demişdi.

Bizimyol.info xəbər verir ki, "The Times"ın məlumatına görə, London yalnız bəyanatlarla kifayətlənib, real əməliyyatlar həyata keçirməyib. Mart ayında baş nazir Kir Starmer rus neftini başqa bayraqlar altında daşıyan gəmilərin təqib ediləcəyini və üzərinə xüsusi təyinatlı qüvvələrin endirilə biləcəyini açıqlamışdı.

Lakin hökumət daxilində fikir ayrılıqları əməliyyatları ləngidib. Saxlanılan gəmilərin yerləşdirilməsi, qorunması və texniki xidmətinin maliyyələşdirilməsi ilə bağlı mübahisələr davam edir. Mənbələr prosesi uzadan tərəf kimi Nəqliyyat Nazirliyini göstərir.

Nümunə olaraq, 2023-cü ilin sentyabrında İrlandiya tərəfindən müsadirə edilmiş "MV Matthew" gəmisi göstərilib. Gəmidə 2,2 tondan çox kokain tapılmış, saxlanma xərcləri isə 10 milyon funt-sterlini ötüb. Bu hadisə rus tankerinin saxlanmasının qarşısında əsas arqument olub.

Böyük Britaniya hakimiyyəti həm də hüquqi nəticələrdən ehtiyatlanır. Daxili İşlər naziri Şabana Mahmud və departament rəhbəri İvett Kuper tanker saxlanmasının rus özəl hərbçilərinin və ya ekipaj üzvlərinin sığınacaq istəməsinə səbəb ola biləcəyindən narahatdır.

Aprelin əvvəllərində bir tanker La-Manş boğazını rus fregatı müşayiəti ilə keçib, növbəti gün isə üç sanksiyaya məruz qalmış tanker daha boğazdan keçib. Britaniya hərbçiləri baş prokurorun hüquqi məsləhətindən sonra əməliyyatlardan çəkinir.

Hazırda “Rusiya kölgə donanması” 700 gəmidən ibarətdir və rus neft ixracının 40%-ni daşıyır. Böyük Britaniya 544 gəmiə qarşı sanksiya tətbiq etsə də, onları dənizdə saxlamayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »