İranın ali lideri Müctəba Xamenei bildirib ki, İslam Respublikasının hərbi-dəniz qüvvələri “düşmənlərinə yenidən məğlubiyyət yaşatmağa hazırdır”.
Bizimyol.info xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin Telegram kanalında yayılan bəyanatda qeyd olunub.
“İran ordusu ölkəmizin torpaqlarını və ərazi sularını qorumağa davam edir. İslam Respublikasının Hərbi Dəniz Qüvvələri düşmənlərə növbəti acı məğlubiyyət yaşatmağa hazırdır”, – deyə Xameneinin Milli Ordu Günü münasibətilə ünvanladığı müraciətdə bildirilib.
“Pilotsuz uçuş aparatları Amerika və sionist cinayətkarları ildırım sürəti ilə vurarkən, İranın cəsur donanması da düşmənlərinə yeni məğlubiyyətlərin acısını daddırmağa hazırdır”, - deyə o əlavə edib.
Bizimyol.info






