Belarus lideri Aleksandr Lukashenko hesab edir ki, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mers mövsümi liderlərdir.
Bizimyol.info xəbər verir ki, "RT"yə verdiyi müsahibədə Lukashenko qeyd edib ki, bir çox qərb liderlərinin əsas problemi ondadır ki, hakimiyyətə gəldikdə qısa müddətdə şəxsi fayda götürməyə çalışırlar, xalqın maraqlarını düşünmürlər. Bu, xüsusilə Makron və Mers üçün keçərlidir.
“Onlar mövsüm liderləridir. Gəlirlər, götürürlər və gedirlər – siyasətlərinin əsası budur. Fransanın, Almaniyanın və digər ölkələrin xalqını düşünmürlər. Məsələ də bundadır. Bizə əvvəllər dərs verirdilər: Rusiyanı, bizi, Qazaxıstanı, Ukraynanı, digər ölkələri. İndi isə onlar bizdən öyrənməli və nəticə çıxarmalıdırlar. Amma öyrənmək və nəticə çıxarmaq istəmirlər”, – deyə Lukashenko bildirib.
Jurnalistin Belarus prezidentinə qarşı qərbdə qısqanclıq ola biləcəyi barədə sualına cavab olaraq, Lukashenko: “Bəli, siyasətçilər arasında bir-birinə qısqanclıq hissi var. Bu doğrudur. Siz tamamilə haqlısınız, mən də tez-tez bunu düşünürəm. Allah eləsin ki, hansısa qərb liderinin dəstəyi 78% və ya 80% olmasa da, ən azı 60% olsun”, - deyə bildirib.
Qadir, Bizimyol.info






