Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Azərbaycandakı səfiri media nümayəndələri ilə görüşüb
Türkiyənin Azərbaycandakı səfiri media nümayəndələri ilə görüşüb

Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün bu gün bir qrup media nümayəndəsini qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Paylaşımda bildirilir ki, görüş zamanı səfir Türkiyə-Azərbaycan Media Platformasının tətbiqi ilə bağlı öz fikirlərini və arzu etdiyi inkişaf istiqamətlərini bölüşüb.

Səfir Prof. Dr. Birol Akgün qeyd edib ki, media sahəsində əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcək. Səfir həmçinin media nümayəndələrinin qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunaraq, bu platformanın peşəkar əlaqələri artıracağını vurğulayıb.

Görüş zamanı jurnalistlər səfirə suallar verərək, platformanın gələcək fəaliyyət istiqamətləri və layihələr barədə ətraflı məlumat alıblar. Səfir Prof. Dr. Birol Akgün media nümayəndələrinə təşəkkür edərək, media sahəsində əməkdaşlığın davamlı olacağını ifadə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »