ABŞ və İran Pakistan vasitəçiliyi ilə əlaqələri davam etdirir.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
“İran və ABŞ arasında Pakistan vasitəçilərini köməyi ilə müzakirələr davam edir”, – deyə o, brifinqdə bildirib. Onun sözlərini "Mehr" agentliyi yayıb.
Bəqayi həmçinin qeyd edib ki, Pakistan nümayəndəsinin yaxın vaxtlarda Tehrana səfəri İslamabadda keçirilmiş danışıqların davamı kimi qiymətləndirilir.
Bizimyol.info






