Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ, İran neftinin satışı üçün verilən keçici icazəni yeniləməyəcək
ABŞ, İran neftinin satışı üçün verilən keçici icazəni yeniləməyəcək

ABŞ Maliyyə Nazirliyi, dənizdə gözləyən İran neftinin satışına icazə verən keçici lisenzin müddəti bitdikdən sonra yenilənməyəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, nazirliyin rəsmi sosial media hesabında yayımlanan paylaşımda, “İqtisadi Qəzəb” proqramı çərçivəsində İran üzərində maksimal təzyiqin davam etdirildiyi vurğulanıb.

Bəyanatda Departamentin bütün mövcud alətlərdən və səlahiyyətlərdən maksimum dərəcədə istifadə etdiyi və İranın fəaliyyətini dəstəkləməyə davam edən xarici maliyyə qurumlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazır olduğu vurğulanır."Dənizdə saxlanılan İran neftinin satışına icazə verən qısamüddətli lisenziyanın müddəti bir neçə gün ərzində başa çatacaq və uzadılmayacaq", - deyə bəyanatda qeyd edilir.

Departament tərəfindən verilən lisenziya, 20 mart yerli vaxtla saat 00:01-dən əvvəl gəmilərə yüklənmiş İran xam nefti və neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlı əməliyyatlara müvəqqəti olaraq icazə verirdi.

Bu lisenziyanın 19 aprel yerli vaxtla saat 00:01-ə qədər qüvvədə olacağı bildirildi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »