Növbəti ABŞ-İran danışıqları Cenevrə və ya İslamabad şəhərində keçirilə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə Associated Press (AP) xəbər agentliyi mənbələrə istinadən bildirib.
Məlumata görə, tərəflər görüşün Pakistan paytaxtında keçirilməsi imkanını müzakirə edirlər. Eyni zamanda, ABŞ administrasiyasının rəsmiləri Cenevrəni növbəti danışıqlar üçün mümkün yer kimi qeyd edirlər.
Qeyd olunur ki, iranlı və amerikalı nümayəndələrin görüşünün vaxtı və yeri hələ müəyyən edilməyib, lakin yeni raundun artıq 16 aprel tarixində baş tutma ehtimalı var.
11 aprel tarixində İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edib, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib. Tehran və Vaşinqtondan sonra verilən açıqlamalara görə, tərəflər uzunmüddətli sülh razılaşması ilə bağlı bir sıra fikir ayrılıqları səbəbindən razılığa gələ bilməyiblər. Yeni raund danışıqlarının detalları isə hələ məlum deyil.
Qadir, Bizimyol.info






