Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistan ABŞ-İran danışıqları üçün yüksək təhlükəsizlik təminatı verir
Pakistan ABŞ-İran danışıqları üçün yüksək təhlükəsizlik təminatı verir

Pakistan hakimiyyəti İslamabadda keçiriləcək ABŞ–İran danışıqlarında iştirak edəcək xarici nümayəndə heyətləri üçün tam təhlükəsizliyin təmin olunmasına hazır olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Möhsin Rza Nəkvi ABŞ-ın Pakistandakı səfiri Natali Beykerlə görüşündə məlumat verib.

Nazirin sözlərinə görə, “bütün xarici qonaqların tam təhlükəsizliyini təmin etmək üçün hərtərəfli plan hazırlanıb”.

“Dawn” qəzetinin məlumatına əsasən, artıq 30 nəfərlik ABŞ hərbçisindən ibarət ilkin qrup təhlükəsizlik tədbirlərini yoxlamaq məqsədilə İslamabada gedib.

Daha əvvəl bildirildiyi kimi, Pakistan paytaxtının administrasiyası danışıqlarla əlaqədar 9 və 10 aprel tarixlərini qeyri-iş günü elan edib. İslamabad polisi hökumət binalarının yerləşdiyi “qırmızı zona”ya giriş-çıxışı məhdudlaşdırıb. Bu tədbirlər xarici nümayəndə heyətlərinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.

Eyni zamanda, paytaxtdakı "Serena" oteli hökumətin göstərişi ilə “mühüm tədbir” səbəbindən qonaqlardan otaqları boşaltmağı xahiş edib. Daha əvvəl otel əməkdaşı bildirmişdi ki, obyekt ABŞ və İran nümayəndə heyətlərinin yerləşdirilməsi üçün hazırlanır. Onun sözlərinə görə, "Serena" otelinin danışıqların keçirildiyi əsas məkan olub-olmayacağı hələ dəqiq məlum deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »