Xəzər dənizində zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Zəlzələlərin Tədqiqatı Bürosunun verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb.
Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ ocağının dərinliyi 12 kilometr olub.






