Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan XİN: ABŞ və İran arasında razılaşdırılmış atəşkəsi alqışlayırıq
Azərbaycan XİN: ABŞ və İran arasında razılaşdırılmış atəşkəsi alqışlayırıq

Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Xaarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməyinin yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk.

Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.

Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.

Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır.

Son xəbərlər
Bütün xəbərlər »