Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ vitse-prezidenti Vens Orbanla Ukrayna məsələsini müzakirə edəcək
ABŞ vitse-prezidenti Vens Orbanla Ukrayna məsələsini müzakirə edəcək

ABŞ vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Macarıstana səfəri zamanı ölkənin baş naziri Viktor Orbanla Ukraynanın tənzimlənməsi məsələsini müzakirə etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Vens Budapeştə uçmazdan əvvəl mətbuata verdiyi açıqlamada deyib.

"Viktor dostumla görüşü səbirsizliklə gözləyirəm. ABŞ və Macarıstan arasındakı münasibətlərə dair bir sıra məsələləri müzakirə edəcəyik. Təbii ki, Avropa, Ukrayna və digər mövzulara da əhəmiyyətli diqqət ayrılacaq", - deyə o qeyd edib.

Ağ Evin mətbuat xidməti 2 aprel tarixində yaydığı açıqlamaya görə, Vensin Macarıstana səfəri 7-8 aprel tarixlərində baş tutacaq. Vitse-prezidentin səfəri ABŞ administrasiyasının Macarıstanın hazırkı baş nazirinə dəstəyini nümayiş etdirmək məqsədi daşıyır. Bundan əvvəl onun dəstəyini ABŞ Prezidenti Donald Tramp da ifadə etmişdi.

Macarıstanda parlament seçkiləri 12 apreldə keçiriləcək. Hakim "FİDES – Macarıstan vətəndaş birliyi" partiyası seçkilərdə Avropa İttifaqının dəstək verdiyi müxalif "Tisa" partiyası ilə mübarizə aparır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »