Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən bildirilib ki, yerli vaxtla saat 05:55-də qeydə alınan zəlzələnin maqnitudası 4,3 olub. Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.






