İsrail Hərbi Hava Qüvvələri eyni vaxtda İrana və Livana iki mərhələli hücumlar həyata keçirərək 200-dən çox müxtəlif hədəfi vurub.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
Verilən məlumatda bildirib ki, İranda zərbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK - İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbi obyektlərinə, silah anbarlarına, raketlərin hazırlanması və istehsalı müəssisələrinə, hava hücumundan müdafiə sistemlərinə endirilib. Ümumilikdə İranda “onlarla hədəf” zərbələrə məruz qalıb.
Livanda isə hücumlar şiə təşkilatı “Hizbullah”ın hərbi obyektlərinə yönəldilib. Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri raket buraxma qurğularını, silah anbarlarını və “Raduan” xüsusi qüvvələrinin komanda mərkəzlərini hədəf alıb. Ordunun açıqlamasına görə, Livanda bu zərbə mərhələsi zamanı 140-dan çox hədəf vurulub.
Bizimyol.info






