Səudiyyə Ərəbistanının Ciddə limanında 2 milyon 916 min 180 ədəd psixotrop təsirli kaptaqon həbinin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
“Əl-Şarq əl-Avsət” qəzeti xəbər verir ki, psixotrop həblər Ciddə limanına gətirilən “Şi yağı” bağlamalarının içərisində gizlədilib. Keçirilmiş əməliyyat nəticəsində yükü qəbul edən iki şəxs həbs edilib.(azərtac)






