Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Starmer Hörmüz boğazının açılması ilə bağlı beynəlxalq konfrans elan edib
Starmer Hörmüz boğazının açılması ilə bağlı beynəlxalq konfrans elan edib

Böyük Britaniyanın baş naziri Kir Starmer Hörmüz boğazının bağlanması ilə bağlı təhlükəsizlik məsələlərinin müzakirə olunacağı beynəlxalq konfransın bu həftə keçiriləcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, o, mətbuat konfransında bildirib ki, Böyük Britaniya Fars körfəzində dəniz təhlükəsizliyinin təmin olunması məqsədilə 35 ölkəni birgə təşəbbüs ətrafında birləşdirə bilib. Starmerin sözlərinə görə, bu həftənin sonunda xarici işlər naziri Yvette Kuper həmin ölkələrin ilk dəfə bir araya gələcəyi görüş keçirəcək.

“Bu görüşdə biz gəmiçiliyin azadlığını bərpa etmək, bloklanmış gəmilərin və dənizçilərin təhlükəsizliyini təmin etmək, həmçinin həyati əhəmiyyətli yüklərin daşınmasını yenidən başlatmaq üçün mümkün diplomatik və siyasi addımları müzakirə edəcəyik”, — deyə baş nazir bildirib.

Starmer əlavə edib ki, görüşdən sonra hərbi planlaşdırıcılar da bir araya gələrək döyüş əməliyyatları başa çatdıqdan sonra Hörmüz boğazının təhlükəsizliyi və açıq saxlanılması üçün imkanları nəzərdən keçirəcəklər.

Xatırladaq ki, martın 19-da Böyük Britaniya, İtaliya, Niderland, Fransa, Almaniya və Yaponiya liderləri birgə bəyanat yayaraq İranı Hörmüz boğazını bağlamağa yönəlmiş təhdidlərə, minaların yerləşdirilməsinə, pilotsuz uçuş aparatları və raket zərbələrinə dərhal son qoymağa çağırıblar. Daha sonra bu çağırışa 20-dən çox ölkə, o cümlədən Avropa dövlətləri, eləcə də Avstraliya, Bəhreyn, Kanada, Yeni Zelandiya, Panama, Trinidad və Tobaqo, BƏƏ və Cənubi Koreya qoşulub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »