Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Starmer gənc həkimlərə tətili dayandırmaq üçün 48 saat vaxt verib
Starmer gənc həkimlərə tətili dayandırmaq üçün 48 saat vaxt verib

Böyük Britaniyanın Baş naziri Keir Starmer rezident həkimlərə Pasxa sonrası planlaşdırılan altı günlük tətili ləğv etməsələr, əlavə minlərlə NHS (National Health Service - Milli Səhiyyə Xidməti) tədris yerinin təklifini geri götürməklə hədələyib.

Bizimyol.info xəbər verir ki, Starmer həkimlərin birliyi, Britaniya Tibb Assosiasiyasına (BTA) 48 saat vaxt verib ki, sənaye hərəkəti planlarını dayandırsın, yoxsa hökumət təklifi geri çəkəcək.

BTA-nın rezident həkimlər komitəsi keçən həftə bu il üçün 7,1%-ə qədər maaş artımını nəzərdə tutan təklifi üzvlərin səsverməsinə təqdim etmədən rədd etmişdi. Starmer bunu “təhlükəli” qərar adlandıraraq, heç kəsin bundan faydalanmayacağını bildirib və BTA-nı üzvlərinə səsvermə imkanı verməyə çağırıb.

Təklifə görə, inflyasiyadan yüksək maaş artımı, maaş irəliləyişi islahatları, Royal College imtahan xərclərinin ödənilməsi və üç il ərzində 4,500 əlavə ixtisas tədris yeri təmin olunacaqdı. Bu yerlərin 1,000-i bu ay müraciətə açılmalıydı, lakin təklif səsverməyə qoyulmasa, itiriləcək.

BTA isə 7–13 aprel tarixləri arasında tətil keçirməyi planlaşdırır və 2008-ci il səviyyəsinə tam maaş bərpasını, yəni 26% artımı tələb edir. Komitə sədri Dr. Ceck Fletçer "BBC Radio 4"də bildirib ki, son iki ay ərzində konstruktiv danışıqlar aparılıb, amma hökumət təklifin şərtlərini dəyişib. O, hədələr və təhdidlərin münaqişəni həll etməyəcəyini, bunun yalnız danışıqlar yolu ilə mümkün olduğunu vurğulayıb.

Fletçer əlavə edib ki, təklif üzvlərə təqdim edilməyib, çünki komitə maaşın yetərincə artırılmadığını düşünərək bunu üzvlərin səsverməsinə qoymaqdan imtina edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »